Yaxın Şərq
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırdı
Yəmən hökuməti ölkə əhalisini husilərin səfərbərlik çağırışlarına məhəl qoymamağa və onların sıralarına qoşulmamağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə “The National” qəzeti Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimiyə istinadla məlumat yayıb.
O, husilərin nəzarətində olan ərazilərin sakinlərini övladlarını “məğlub olacaqları döyüşlərə” göndərməməyə çağırıb.
Yəmənin Baş naziri Şiə Möhsün əl-Zindani isə Xarici İşlər Nazirliyinə “Yəmən Şəfəqi” əməliyyatının məqsədlərini beynəlxalq ictimaiyyətə çatdırmaq və beynəlxalq dəstəyi artırmaq üçün diplomatik səyləri gücləndirməyi tapşırıb.
Bu arada, husilərin sözçüsü Yəhya Sari hökumət qüvvələrinin Bab əl-Məndəb boğazı yaxınlığında irəliləmək cəhdlərinin qarşısının alındığını bildirib.
Qeyd edək ki, oktyabrın 4-də Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti Qırmızı dəniz sahillərində və Bab əl-Məndəb boğazı ətrafında husilərə qarşı əks-hücuma başlayıb.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı






















.jpg)



.jpg)












