Yaxın Şərq
Yaxın Şərq müharibələri Netanyahuya sərf edir - Niyəsi bəlli oldu
Yaxın Şərqdə müharibələrin davam etməsinin İsrail hökuməti, xüsusilə də baş nazir Benyamin Netanyahu üçün siyasi baxımdan sərfəli olduğu iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə şərqşünas Luiza Xlebnikova “Lenta.ru”ya danışıb.
Onun sözlərinə görə, hazırkı vəziyyət ilk növbədə Netanyahunun maraqlarına uyğundur. Ekspert hesab edir ki, İsrailin baş naziri regiondakı güc balansını ölkəsinin xeyrinə dəyişməyə nail olsa da, hərbi əməliyyatların davam etməsi onun üçün şəxsi baxımdan da əhəmiyyət daşıyır.
Xlebnikova bildirib ki, uzunmüddətli hərbi kampaniyalar 7 oktyabr hadisələri ilə bağlı sualların gündəmdən kənarda qalmasına və Netanyahunun 2020-ci ildən davam edən məhkəmə proseslərinin uzanmasına imkan verir.
“Baş nazirə qarşı vəzifədən sui-istifadədən tutmuş maliyyə cinayətlərinə qədər ciddi ittihamlar irəli sürülüb”, - deyə ekspert qeyd edib.
Müəllif: Adəm
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











