Yaxın Şərq
İrandan ABŞ-a sərt mesaj: Quru təcavüzü ağır nəticələrə səbəb ola bilər
İran ABŞ-ın mümkün təcavüzkar addımlarının qarşısını almaq üçün preventiv zərbələr endirmək hüququnu özündə saxlayır.
Publika.az xəbər verir ki, bunu İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiyə deyib.
Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə İran silahlı qüvvələri ölkəyə qarşı istənilən təcavüzün qarşısını almaq məqsədilə preventiv əməliyyatlar keçirə bilər.
Əkrəminiyə bildirib ki, Tehran artıq belə əməliyyatlar həyata keçirib. O, İranın ABŞ-ın İraqdakı bazalarına, eləcə də Vaşinqtonun dəstəklədiyi bildirilən silahlı qruplaşmaların İraq Kürdüstanındakı mövqelərinə zərbələr endirdiyini xatırladıb.
İran ordusunun nümayəndəsi əlavə edib ki, ABŞ-la mümkün qarşıdurmanın genişlənəcəyi təqdirdə vurula biləcək hədəflər daim yenilənir.
Əkrəminiyə hesab edir ki, ABŞ İran ərazisinə genişmiqyaslı quru əməliyyatı keçirməyə cəsarət etməyəcək. Onun sözlərinə görə, belə bir addım Amerika hərbçiləri üçün ağır nəticələrə səbəb ola bilər.
“Amerikalıların quru təcavüzünə əl atacağını düşünmürəm. Lakin belə bir vəziyyət yaranarsa və ABŞ qüvvələri İran ərazisinə daxil olarsa, istər sahilyanı ərazi, istərsə də adalar olsun, onlar daha həssas vəziyyətə düşəcəklər”, - deyə o bildirib.
Rəsmi şəxs vurğulayıb ki, silahlı qüvvələr istənilən ssenariyə tam hazırdır, qarşı tərəfə sürətli və sarsıdıcı cavab zərbəsi endirmək imkanına malikdir.
Müəllif: Adəm
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
















.jpg)





.jpg)





.jpg)










