Əsədin qohumlarından yığılan pullarla 50 milyard dollarlıq fond yaradıldı
Bizi izləyin

Yaxın Şərq

Əsədin qohumlarından yığılan pullarla 50 milyard dollarlıq fond yaradıldı

Əsədin qohumlarından yığılan pullarla 50 milyard dollarlıq fond yaradıldı

Suriyada xarici investisiyaları cəlb etmək və iqtisadiyyatı bərpa etmək məqsədilə keçmiş prezident Bəşər Əsədin ailəsi və yaxınlarından müsadirə edilən aktivlər hesabına xüsusi investisiya fondu yaradılıb. Hazırda Rusiyada yaşayan Əsədin yaxınlarından götürülən vəsaitlər hesabına formalaşan fondun ölkə iqtisadiyyatında aparıcı rol oynadığı bildirilir.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Suriya Biznes Şurasının icraçı direktoru Təer Lahamın sözlərinə görə, prezident Əhməd Əl Şaraanın göstərişi ilə 2025-ci ildə yaradılan fond ölkənin ən nüfuzlu və varlı qurumuna çevrilib. Maliyyə Nazirliyi fondun həcmini 50 milyard dollar qiymətləndirir. Bununla belə, aktivlərin strukturu, investisiyaların istiqamətləri və fondun rəhbərinin kimliyi barədə rəsmi məlumat açıqlanmır.

Nəşrin həmsöhbətləri fondun birbaşa prezident Əhməd Əl Şaraaya tabe olduğunu, ona isə turizm nazirinin rəhbərlik etdiyini bildiriblər. Fondun direktoru kimi Livan və Avstraliya vətəndaşlığı olan İbrahim Sukkariyehin adı çəkilir. Onun qurumla rəsmi əlaqəsinin olmadığı qeyd olunur.

Məlumata görə, Suriya rəhbərliyi bu fond vasitəsilə Fars körfəzi ölkələrindən investisiyalar cəlb etməyi planlaşdırır. Qurumun maliyyə imkanlarının geniş olması onun ölkənin iqtisadi idarəçiliyində əhəmiyyətli mövqeyə sahib olmasına səbəb olub. Nəşrin həmsöhbətlərindən biri Suriyada dövlət idarəçiliyinin faktiki olaraq nazirliklər və bu fond üzərindən həyata keçirildiyini bildirib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm