Yaxın Şərq
İran böhranı Avropanı silkələdi: 100 milyardlarla əlavə xərc, qaz ehtiyatları tükənir
İran ətrafında hərbi gərginliyin artması Avropada enerji qiymətlərini kəskin yüksəldib. Avropa İttifaqı (Aİ) böhranın qarşısını almaq üçün effektiv vasitələrin çatışmazlığı ilə üzləşib. Enerji xərclərinin artması və qaz ehtiyatlarının azalması Avropanın vəziyyətini daha da çətinləşdirir.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilir ki, Fars körfəzindəki böhran neft və qaz qiymətlərinin sıçrayışına səbəb olub. Nəticədə Avropanın qalıq yanacaq idxalına çəkdiyi xərclər 100 milyard avrodan çox artıb, inflyasiya sürətlənib. Bütün bunlar istilik mövsümü ərəfəsində Avropanın qaz anbarlarındakı ehtiyatların rekord aşağı səviyyəyə düşməsi ilə eyni vaxta təsadüf edib.
Brüsseldəki mənbələrin məlumatına görə, Avropa Komissiyası dövlət və hökumət başçılarına böhranın həlli üçün universal vasitənin olmadığını bildirəcək. Qiymətlərin məhdudlaşdırılması və vergi güzəştləri kimi ənənəvi dəstək tədbirləri isə dövlət borcunun artdığı və faiz dərəcələrinin yüksək olduğu şəraitdə milli büdcələr üçün ağır yük yaradır.
Böhrana qarşı tədbirlər çərçivəsində Aİ enerji resurslarının birgə satın alınması mexanizmini uzatmağı, metanla bağlı ekoloji tələblərin tətbiqini təxirə salmağı və sənayeyə dövlət subsidiyalarını davam etdirməyi nəzərdən keçirir. Lakin ekspertlər hesab edirlər ki, regionun enerji idxalından yüksək asılılığı səbəbindən bu addımlar qısa müddətdə xammalın qiymətini aşağı sala bilməyəcək.
Avropa İslahatları Mərkəzinin elmi əməkdaşı Eliz Viadere bildirib ki, Aİ liderləri dörd il ərzində ikinci enerji şoku ilə üzləşiblər. Onun sözlərinə görə, bu dəfə vəziyyəti dövlət borcunun və borclanma xərclərinin artması daha da çətinləşdirir.
Müəllif: Adəm
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO


















.jpg)





.jpg)











