Yəməndə husilər prezident sarayına hücum etdilər
Bizi izləyin

Yaxın Şərq

Yəməndə husilər prezident sarayına hücum etdilər

Yəməndə husilər prezident sarayına hücum etdilər

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Yəmənin cənubundakı Ədən şəhərində yerləşən Maaşik prezident sarayındakı hərbi əməliyyatlar qərargahına hücum edib.

Publika.az xəbər verir ki, bu barədə husilərin nəzarətində olan “Saba” agentliyi mənbəyə istinadla məlumat yayıb.

“Yəmən Silahlı Qüvvələri Ədəndəki Maaşik sarayında Səudiyyə zabitlərinin idarəçiliyi altında olan hərbi əməliyyatlar qərargahına, həmçinin onunla əlaqəli silah anbarlarına zərbə endirib”, — deyə məlumatda qeyd olunub.

“Reuters” husilərin prezident sarayı kompleksinə bir neçə raket atdığını təsdiqləyib. Hadisə şahidləri də agentliyə ərazidə güclü partlayış səslərinin eşidildiyini bildiriblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm