Raketlə vurulan prezident sarayından kimlər sağ çıxıb? - Baş nazir və...
Bizi izləyin

Yaxın Şərq

Raketlə vurulan prezident sarayından kimlər sağ çıxıb? - Baş nazir və...

Raketlə vurulan prezident sarayından kimlər sağ çıxıb? - Baş nazir və...

Yəmənin Baş naziri Şai əz-Zindani və hökumət üzvləri “Ənsar Allah” hərəkatından olan üsyançı husilərin Ədəndəki Əl-Maaşik prezident sarayına endirdiyi raket zərbəsi zamanı xəsarət almayıblar.

Publika.az xəbər verir ki, bu barədə respublikanın İnformasiya Nazirliyi “X” sosial şəbəkəsində məlumat verib.

İdarənin məlumatına görə, əz-Zindani və hökumət üzvləri təhlükəsizlikdədirlər. İlkin məlumata əsasən, hücum nəticəsində Baş naziri müşayiət edən iki nəfər həyatını itirib.

Noyabrın 15-də husilərin nəzarətində olan “Saba” agentliyi prezident sarayındakı hərbi əməliyyatlar qərargahına hücum edildiyi barədə məlumat verib. “Reuters” agentliyi üsyançıların saray kompleksinə bir neçə raket atdığını təsdiqləyib. Hadisə şahidləri də agentliyə ərazidə güclü partlayış səslərinin eşidildiyini bildiriblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm