Yaxın Şərq
Pezeşkian: Son iki əsrdə heç bir ölkəyə hücum etməmişik!
İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil.
Publika.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakirə olunduğu iclasda bildirib.
"İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil, lakin istənilən hücuma qarşı güc və cəsarətlə canımız bahasına duruş gətirəcək, düşmənlərin torpağımıza tamah salmasına imkan verməyəcəyik", - Pezeşkian deyib.
O, İranın müdafiəsinin raketlərdən ibarət olmadığını qeyd edib: "Xalqımız, eləcə də ölkəmizdə mövcud olan birlik və həmrəylik İranın müdafiə qüdrətinin mühüm hissəsidir".
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı



































