SEPAH ABŞ-ı hədələdi: Hörmüzdən keçən internet kabellərini vura bilər
Bizi izləyin

Yaxın Şərq

SEPAH ABŞ-ı hədələdi: Hörmüzdən keçən internet kabellərini vura bilər

SEPAH ABŞ-ı hədələdi: Hörmüzdən keçən internet kabellərini vura bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazından keçən rabitə kabellərini vurmaqla hədələyib.

Publika.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

"Sualtı rabitə kabelləri İran üçün yeni hədəflərə çevrilə bilər", - deyə İİKK-nın sözçüsü briqada generalı Hüseyn Mohebi bildirib.

"Hörmüz boğazından internet trafiki və dünya üzrə kommersiya məlumatlarının ötürülməsi üçün vacib olan yeddi əsas sualtı kabel keçir", - deyə o əlavə edib.

Mohebi ABŞ-ı İslam Respublikasına qarşı hər hansı bir hücumla bağlı xəbərdar edib:

"Əgər region İran üçün təhlükəli hala düşərsə, regionda heç kim üçün təhlükəsizlik olmayacaq".

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm