İsrail qırıcıları İrana doğru havalandı - Təfərrüatlar açıqlanmır
Bizi izləyin

Yaxın Şərq

İsrail qırıcıları İrana doğru havalandı - Təfərrüatlar açıqlanmır

İsrail qırıcıları İrana doğru havalandı - Təfərrüatlar açıqlanmır

Çərşənbə axşamı gecə İsrail qırıcıları hərbi təlimlər çərçivəsində İran istiqamətində hərəkət ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Telekanalın beynəlxalq müxbiri Trey Yinqstinin sözlərinə görə, İsrail hərbçiləri qırıcıları Suriya və İraqın hava məkanından keçirərək İran istiqamətinə yönləndirərək təlimlər keçiriblər.

"Fox News" təlimlərin digər təfərrüatlarını açıqlamır və məlumatın mənbələrini göstərmir.

Bundan əvvəl "Axios" məlumatlı mənbələrə istinadla Pentaqonun rəhbəri Pit Heqsetin İsrailə gizli səfər etdiyini və bazar ertəsi Baş nazir Benyamin Netanyahu ilə görüşdüyünü bildirmişdi. Görüşün təfərrüatları açıqlanmır.

Səfər barədə məlumat ABŞ Prezidenti Donald Trampın 2026-cı il oktyabrın 27-nə təyin edilmiş İsraildə parlament seçkilərində Netanyahunun namizədliyini dəstəklədiyini bəyan etməsindən bir gün sonra yayılıb. Görüş, həmçinin İran əleyhinə genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpasına dair ABŞ-İsrail danışıqları fonunda baş tutub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm