ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır? - Qoşunlar sərhədə yaxınlaşır
Bizi izləyin

Yaxın Şərq

ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır? - Qoşunlar sərhədə yaxınlaşır

ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır? - Qoşunlar sərhədə yaxınlaşır

ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır. Vaşinqtonun qoşunları İran sərhədinə yaxın ərazilərə fəal şəkildə köçürdüyü iddia olunur.

Publika.az xəbər verir ki, bu barədə "Drop Site News" nəşri məlumat yayıb.

ABŞ-ın münaqişəni yenidən alovlandırmağa hazırlaşdığı barədə məlumatlar daha əvvəl də mediada dərc olunub.

Fevral ayından bəri davam edən gərginlik dövründə İran İsraillə yanaşı, Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman və Səudiyyə Ərəbistanına da dəfələrlə zərbələr endirib. Tehran hücumların hədəfinin ABŞ-ın hərbi bazaları olduğunu bildirib və Türkiyəyə zərbələr endirildiyini təkzib edib.

Yaxın Şərq ölkələri İranın bu addımlarını tənqid ediblər. BƏƏ ölkədəki səfirliyini bağlayaraq səfirini geri çağırıb, Səudiyyə Ərəbistanı isə İrana cavab zərbələri endirməklə hədələyib.

İran faktiki olaraq Hörmüz boğazını bağlayıb. Bu, enerji resurslarının qiymətlərinin sürətlə artmasına səbəb olub. İranın ali rəhbəri boğazın blokadada saxlanılması imkanından təzyiq vasitəsi kimi istifadə edilməsinin vacibliyini bəyan edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm