İsraildə seçki: İran kimin hakimiyyətə gəlməsini istəyir?
Bizi izləyin

Yaxın Şərq

İsraildə seçki: İran kimin hakimiyyətə gəlməsini istəyir?

İsraildə seçki: İran kimin hakimiyyətə gəlməsini istəyir?

Seçkilərdən sonra İsraildə kimin hakimiyyətə gəlməsinə İran biganə yanaşır.

Publika.az xəbər verir ki, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Belə bir vəziyyətdə qətl və soyqırımdan başqa heç bir nailiyyəti olmayan bir rejimə kimin rəhbərlik etməsi bizim üçün heç bir fərqi yoxdur", - deyə o, brifinq zamanı deyib.

Bəqai həmçinin İsrail seçkilərini kimin ən çox cinayət törədə biləcəyini görmək üçün müxtəlif dəstələr arasında rəqabət kimi təsvir edib. Diplomat İsrail siyasətçilərinin əsas şüarını "Mən səndən daha çox cinayət törədə bilərəm" kimi qiymətləndirib.

İsraildə parlament seçkiləri 27 oktyabrda keçiriləcək. Nəticələr yeni Knesseti müəyyən edəcək və bundan sonra ən çox yer qazanan partiyanın liderinə yeni hökumət qurmaq tapşırılacaq. Son sorğulara görə, Benyamin Netanyahunun “Likud” Partiyasının rəhbərlik etdiyi hazırkı hakim koalisiya və birləşmiş müxalifət bir-birinin ardınca gəlir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm