Yaxın Şərq
ABŞ İsrailin raketdən müdafiə sistemini gücləndirir
ABŞ İsrailə əlavə “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi göndərmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrinə istinadla yazır.
Məqalədə qeyd olunur ki, kompleks Texas ştatından köçürülür. Nəşrin müəlliflərinin izahına görə, Vaşinqton bu yolla İsrailin raket əleyhinə müdafiəsini gücləndirməyə çalışır.
Nəşrin məlumatına görə, noyabr ayında ABŞ-ın əlavə aviadaşıyıcı zərbə qrupu Yaxın Şərqə gəlməlidir. Onun artıq regionda olan 20 Amerika hərbi gəmisinə qoşulacağı gözlənilir.
Jurnalistlərin əldə etdiyi məlumata görə, ABŞ bu addımları İranla hərbi əməliyyatların yenidən başlanması ehtimalına qarşı atır. Bildirilir ki, Vaşinqton belə bir ssenari baş verəcəyi təqdirdə görülə biləcək müxtəlif tədbirləri nəzərdən keçirir.
Oktyabrın 24-də CNN telekanalı mənbələrinə istinadla ABŞ tərəfinin Yaxın Şərq ölkələrindəki diplomatik nümayəndəliklərinin əməkdaşlarını təcili şəkildə təxliyə etməyə başladığını xəbər vermişdi. Diplomatlarla birlikdə onların ailə üzvləri də regionu tərk edirlər. Bu tədbirlərə ABŞ kəşfiyyatının qeydə aldığı İranın güclənməsi səbəb olub. Məqalədə vurğulanırdı ki, İslam Respublikası ehtimal olunan hücumlara hazırlıq prosesində “qabaqcıl mərhələlərə çatıb”.
Hüseyn İbadlı
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq



























.jpg)









