Yaxın Şərq
Bu ölkə İrana nota verdi: Daxili işlərimizə qarışma
Küveyt İranın ölkənin daxili işlərinə müdaxilə etdiyini bildirərək Tehrana etiraz notası təqdim edib.
Publika.az xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfiri Məhəmməd Totunçini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.
Nazirliyin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, xarici işlər nazirinin müavini Həməd Süleyman əl-Məşaan İran səfirinə oktyabrın 28-də İranın Küveytdəki səfirliyi tərəfindən verilən bəyanatla bağlı etirazını çatdırıb.
Küveyt tərəfi həmin bəyanatı ölkənin daxili işlərinə kobud müdaxilə, suverenliyinə və məhkəmə sisteminin müstəqilliyinə qəsd kimi qiymətləndirib. Nazirlik, həmçinin bunu beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması adlandırıb.
Qeyd edək ki, bundan əvvəl İranın Küveytdəki səfirliyi bu ölkənin cinayət məhkəməsinin üç nəfər barəsində çıxardığı ölüm hökmünü tənqid edib. Hökm çıxarılan şəxslər arasında İran vətəndaşı da var. Onlar Tehran üçün casusluqda və daxili işlər naziri də daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlamaqda ittiham olunublar.
Müəllif: Adəm
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
