Yaxın Şərq
Daha bir ölkədə silahlı toqquşmalar başladı
Suriyanın cənubundakı Süveyda şəhərində druz silahlı birləşmələri arasında şiddətli silahlı toqquşmalar başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Suriya əyalətinin informasiya idarəsinə istinadla “Syria TV” telekanalı məlumat yayıb.
“Süveyda şəhərində qanunsuz silahlı qruplaşmalar arasında şiddətli toqquşmalar baş verir”, — deyə məlumatda bildirilir.
Telekanalın yerli mənbələrinə görə, söhbət druzların özünümüdafiə qüvvələrinin “Milli Qvardiya” adlanan birləşməsinə daxil olan qruplardan gedir. Toqquşmalar Əl-Məşurab məhəlləsində başlayıb. Daha sonra döyüşlər şəhərin şimal girişində yerləşən Əl-Xərubi rayonundan Əl-Mühəndisin məhəlləsi istiqamətində yayılıb. Atışmalarda iştirak edən tərəflər qumbaraatanlardan və ortaçaplı silahlardan istifadə edirlər.
Oktyabrın 27-də Suriyanın cənub rayonlarına endirilən zərbələrdən sonra ölkənin İordaniya ilə sərhədindəki əsas keçid məntəqəsini bağladığı bildirilmişdi. Bu tədbir “Nəsib” sərhəd-keçid məntəqəsinə şamil edilmişdi.
Bundan bir gün əvvəl İordaniya Silahlı Qüvvələri krallığın hərbi aviasiyasının Suriyanın cənubunda yerləşən terrorçu qruplaşmaların mövqelərinə zərbələr endirməklə “İordaniya çəkindirməsi — Xmud” əməliyyatını həyata keçirdiyini açıqlamışdı. Bu, oktyabrın 23-də İordaniyanın Əl-Kərək əyalətində kilsəyə edilən hücuma cavab olub. Zərbələr nəticəsində terrorçuların istifadə etdiyi obyektlər və onlara məxsus texnika məhv edilib.
Hüseyn İbadlı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO














.jpg)

















.jpg)
.jpg)