Yaxın Şərq
İran Hörmüzdə iki tankeri saxladı: ABŞ-la bağlı sensasion iddia
Hörmüz boğazında neft tankerləri ilə bağlı yeni insidentlər qeydə alınıb. İran tərəfi iki tankerin qadağan olunmuş marşrutla hərəkət etməyə çalışarkən qəzaya uğradığını və saxlanıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Publika.az bu gün səhər saatlarında “Hörmüz boğazında gəmi yanır” başlıqlı xəbərdə boğazda tankerlə bağlı yanğın baş verməsi barədə məlumat vermişdi. Son açıqlama isə bölgədə daha iki neft tankeri ilə bağlı insident yaşandığını göstərir.
SEPAH-ın açıqlamasına görə, tankerlərdən biri Hörmüz boğazının şərqində, digəri isə qərb hissəsində müəyyən edilmiş qadağan olunmuş marşrutla hərəkət etməyə cəhd göstərib. Təhlükəsizlik qaydalarını pozan gəmilər boğazın cənub sularında insidentlə üzləşərək dayandırılıb.
İran hərbçiləri bildiriblər ki, hadisədən əvvəl hər iki gəminin ekipajı radar və naviqasiya sistemlərini qəsdən söndürüb. SEPAH tankerlərin ABŞ tərəfinin dəstəyi ilə hərəkət etdiyini də iddia edib.
Qeyd edək ki, Hörmüz boğazında baş verən insidentlər regionda İran, ABŞ və İsrail arasında davam edən qarşıdurma fonunda qeydə alınır. Dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün əsas marşrutlarından biri olan boğazda gəmiçiliklə bağlı hər hansı məhdudiyyət və insident qlobal enerji bazarına təsir göstərir.
Müəllif: Adəm
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi



































.jpg)
.jpg)
