ABŞ İrana qarşı yeni müharibəyə hazırlaşır: Trampın qərarı gözlənilir
Bizi izləyin

Yaxın Şərq

ABŞ İrana qarşı yeni müharibəyə hazırlaşır: Trampın qərarı gözlənilir

ABŞ İrana qarşı yeni müharibəyə hazırlaşır: Trampın qərarı gözlənilir

ABŞ hərbi qüvvələri İrana qarşı mümkün yeni hərbi əməliyyata hazırlıq çərçivəsində Yaxın Şərqdəki mövcudluğunu artırır. Vaşinqtonun bu addımı prezident Donald Trampa mümkün ssenarilər üzrə əlavə hərəkət imkanları yaratmaq məqsədi daşıyır.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hərbi bölmələrin və texnikanın bölgəyə köçürülməsi hadisələrin müxtəlif istiqamətlərdə inkişafına hazırlıqla bağlıdır. İrana yeni zərbələrin endirilməsi ilə bağlı yekun qərarı isə Donald Tramp verəcək.

Telekanalın mənbələri qeyd ediblər ki, Vaşinqton Trampın Tehranla bağlı hərbi kampaniyanı bərpa etmək qərarına gələcəyi təqdirdə mümkün addımları nəzərdən keçirir.

Bu arada, İsrailin baş naziri Benyamin Netanyahu da İran ərazisinə qarşı yeni zərbələr seriyasının həyata keçirilməsinə çalışır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm