İsraildən ABŞ-a kritik xəbərdarlıq - İran rəqiblərini kimyəvi silahla vurmağa hazırlaşır
Bizi izləyin

Yaxın Şərq

İsraildən ABŞ-a kritik xəbərdarlıq - İran rəqiblərini kimyəvi silahla vurmağa hazırlaşır

İsraildən ABŞ-a kritik xəbərdarlıq - İran rəqiblərini kimyəvi silahla vurmağa hazırlaşır

İsrail İranın öz rəqiblərinə qarşı kimyəvi silahdan istifadə etməyə hazırlaşa biləcəyi barədə kəşfiyyat məlumatlarını ABŞ-a ötürüb.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti amerikalı rəsmilərə və Fars körfəzi ölkələrinin nümayəndələrinə istinadla məlumat yayıb.

Nəşrin bəzi həmsöhbətləri əldə olunan məlumatlarla bağlı narahatlıqlarını ifadə edib, digərləri isə onların etibarlılığını şübhə altına alıblar.

Mənbələrin bir qisminin fikrincə, İsrail ABŞ Prezidenti Donald Tramp administrasiyasını İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə inandırmaq üçün mövcud təhlükə barədə məlumatlardan istifadə edə bilər.

İsrail kəşfiyyat məlumatlarını Fars körfəzi ölkələri ilə də bölüşüb. Lakin həmin dövlətlərin bəzi nümayəndələri Tehranın niyyətlərini şübhə altına alaraq İsrailin addımlarının ABŞ-ı və onun müttəfiqlərini münaqişənin eskalasiyasına sövq etməyə yönəldiyini ehtimal ediblər.

Bundan əvvəl Axios agentliyi mənbələrə istinadla İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresinə aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların bərpa edilməsində israr etdiyini və bu barədə Trampla telefon danışığı apardığını yazıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm