Nəqliyyat
Bu avtobuslar ölümə aparır, minməyin! - Sərnişinlərə xəbərdarlıq
"Qanunsuz sərnişindaşıma hallarına əsasən "20 Yanvar", "Əhmədli" və "Koroğlu" metrostansiyalarının ətrafında rast gəlinir"
Publika.az bildirir ki, bunu azvision.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
BNA rəsmisi bildirib ki, qanunsuz sərnişin daşıyanlarla bağlı onlara vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olur.
"Bu mikroavtobusların əksəriyyəti sərnişin daşımaq üçün nəzərdə tutulmayıb, yük daşınması üçün nəzərdə tutulub. Lakin sonradan onların daxili konstruksiyasına edilən dəyişiklərlə sərnişin daşıyırlar, bu isə ciddi təhlükə mənbəyidir".
M.Ağayev vurğulayıb ki, qanunsuz sərnişin daşıyan mikroavtobusların fəaliyyət göstərməsində sərnişinlərin də günahı var.
"Bu cür yararsız nəqliyyat vasitələrindən istifadə edən sərnişinlər var. Əgər belə avtobuslardan istifadə edən olmasa, onlar bazardan çıxarlar. Təəssüf ki, sərnişinlər yararsız mikroavtobuslara həyatlarını təhlükəyə ataraq minirlər. İnsanlar harasa tələsirlər və vaxta qənaet etmək istəyirlər, lakin bu da onların həyatı bahasına başa gələ bilər".
Qeyd edək ki, qanunsuz fəaliyyət göstərən avtobuslar dəfələrə qəzalara və ölümlərə səbəb olub. Buna baxmayaraq, hələ də paytaxtda belə avtobuslara rast gəlmək mümkündür.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO






































