Nəqliyyat
Azərbaycan İranın nəqliyyat terminalına 60 milyon dollar sərmayə yatıracaq
"İran Dəmir Yolları"nın rəhbərliyi elan edib ki, Azərbaycanla İranın sərhəddə yerləşən Astara şəhərində dəmiryol terminalının inşası və istismarı haqqında investisiya sazişi imzalanıb.
"Report" "Mehr News"a istinadən xəbər verir ki, investisiya sövdələşməsi "Azərbaycan Dəmir Yolları" QSC ilə "İran İslam Respublikası Dəmir Yolları" (Qısaldılmış "RAI") nəqliyyat şirkəti arasında tikinti mərhələsində olan Astara dəmir yolu stansiyasında imzalanıb.
Sazişin şərtlərinə əsasən, Azərbaycan hökuməti İran layihəsinə 60 milyon dollar yatırmağa razılaşıb.
Bundan başqa, iki tərəf arasında müqavilənin müddəti bitdikdən sonra Astara terminalında olan bütün obyektlər tam olaraq İrana təhvil veriləcək.
RAI-nin rəsmi şəxslərinin sözlərinə görə, Azərbaycan tərəfi İran ərazisindən azı iki milyon ton yük daşımağa razılıq verib ki, bu da İran İslam Respublikası üçün böyük gəlirlər gətirib çıxaracaq.
Bu stansiya Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzrə layihə çərçivəsində tikilir.
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO




































.jpg)

