Maşinistin qatarı səhv istiqamətə sürməsinə Metropolitendən REAKSİYA
Bizi izləyin

Nəqliyyat

Maşinistin qatarı səhv istiqamətə sürməsinə Metropolitendən REAKSİYA

Bu gün səhər saatlarında “Əhmədli” stansiyasında maşinist qrafiki səhv saldığı üçün yox, bilərəkdən əks istiqamətə sürüb.

Bu sözləri Publika.az-a açıqlamasında “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, səhər saatlarında “Həzi Aslanov” stansiyasında 9 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranmışdı. Qatar özü hərəkət edə bilmədiyindən başqa qatara qoşub xətdən çıxarılıb:

“Bu müddət ərzində gecikmə oldu və qatarların qrafiki pozulub. Qrafiki bərpa etmək üçün ”Əhmədli” stansiyasından 3 qatar, “Neftçilər” stansiyasından da 1 qatarı təkrar “28 May” stansiyası istiqamətinə göndərmişik. Hadisə məhz bu cür baş verib. Yazıldığı kimi maşinist istiqaməti səhv salmayıb”.

Qeyd edək ki, yayılan məlumatda bu gün səhər saatlarında "Əhmədli” metrosunda maşinist ikinci yolda qatarı bir neçə dəfə geriyə hərəkət etdirib. Məlumata görə, bu sərnişinlərin ciddi həyəcanına, sonradan isə narazılığına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm