Nəqliyyat
Bakı Metropoliteni yay qrafikinə keçdi
Tədris mövsümünün başa çatması, eləcə də paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilir.
Publika.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, oyulun 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçir.
Mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılıb. Başqa sözlə, sərnişinlərin əsas axın saatlarında "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edir.
Qeyd edək ki, metropolitendə gur hərəkət səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.
Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib edilib.
Xətlərin "28 May" stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan "İçərişəhər" və "Dərnəgül" stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq - gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.
Onu da xüsusi qeyd edək ki, günün müəyyən vaxtlarında sərnişinlər "Həzi Aslanov-Ulduz" sahəsində bəzən iki qatarın "Dərnəgül" və ya "İçərişəhər" istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə "Nərimanov" elektrik deposuna daxil olması və orada xəttə yola salınması ilə bağlıdır və texniki tələblərə uyğun olaraq, zəruri addımdır.
Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq.
Sərnişinlərin və "Bakı Metropoliteni" QSC-nin rəsmi saytının istifadəçilərinin marağı və müraciəti nəzərə alınaraq, "Bakmil" stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli yeni qrafik stansiyalarda yerləşdirilib.
-
Region02:00ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi





































