Nəqliyyat
Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi - BNA
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Dəyişikliyə əsasən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrut xətləri üzrə avtobusların hərəkəti “Azadlıq” prospektindən S.Əsgərova küçəsinə, Ş. Bədəlbəyli küçəsindən Bülbül prospektinə, Puşkin küçəsindən 28 may küçəsinə və Ş.İ.Xətai metrostansiyasından geriyə olmaqla təşkil edilib.
Qeyd edək ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzində 14 müntəzəm marşrut xətti üzrə 220 avtobus fəaliyyət göstərir. Bir saatda 128 avtobusun girib-çıxdığı mərkəzdən gündəlik 200000 nəfər sərnişin istifadə edir.
İctimai asayişin pozulmasına yönələn hər hansı bir kütləvi ixtişaşlar şəhər nəqliyyatının, xüsusəndə ictimai nəqliyyatın işinə ciddi şəkildə mənfi təsir edir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Bunu nəzərə alaraq bildiririk ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi




































.jpg)

.jpg)
