Bakıdan bu şəhərə aviareys açılacaq
Bizi izləyin

Nəqliyyat

Bakıdan bu şəhərə aviareys açılacaq

"Gələn il Gürcüstan və Azərbaycan arasında yeni aviareys açılacaq".

"Report" xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.
Onun sözlərinə görə, Azərbaycanın aviaşirkətlərindən biri Bakı-Tbilisi-Batumi reysini yerinə yetirməyə başlayacaq.

Səfir deyib ki, iki ölkə arasında vahid turist paketlərinin hazırlanması istiqamətində işlər davam etdirilir: "Bu paket çərçivəsində ziyarətçilər həm Gürcüstan, həm də Azərbaycana səfər edərək hər iki ölkənin mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər".

Z.Pataradze qeyd edib ki, vahid turpaketlər Gürcüstan və Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm