Nəqliyyat
Marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq - RƏSMİ (VİDEO)
Video əlavə olunub.
***
Bu gün Nəqliyyatın İdarəetmə Mərkəzi xəritə üzərində işləyir. Qurumlardan aldığımız məlumatlar əsasında avtobusları xəritə üzərində yerləşdirmişik.
Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov deyib.
"Əgər vətəndaşlar qaydalara riayət etməsə, biz müntəzəm marşrut xətlərinin hərəkətini dayandıracağıq. Həmçinin qəsəbələr ətrafı və şəhər ətrafı müntəzəm marşurut xətləri ləğv ediləcək. Bu halda o xətlər müntəzəm marşurut xətləri ilə əvəz ediləcək. O xətlər qəsəbələrdən əhalini metrostansiyalara daşıyacaq. Biz əhalidən məsafə qorunması barədə tələblər etsək də, əməl etmirlər. Sürücülərdən və ya nəqliyyat əməkdaşlarından kimsə virusa yoluxsa, biz qarajın fəaliyyətini dayandırmalı olacağıq. Bu isə arzuolunmaz haldır. Bununla bağlı operativ qərargaha müraciət edilib".
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, nəqliyyatın daşınma imkanları karantin rejiminə uyğun hesablanıb: "Amma sərnişinlərin sayı və ictimai nəqliyyatın sayı arasında tərs mütənasiblik yaranıb. Vətəndaşlardan bunu nəzərə almaları xahiş olunur".
Video: Sevinc Xanqızı
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...


































.jpg)
.jpg)

