Nəqliyyat
"Bakı Metropoliteni"nin sədri: "İş günləri 800 min sərnişin daşınır"
Hazırda dünya ölkələri, o cümlədən Azərbaycan koronavirus pandemiyası ilə mübarizə aparır. İlham Əliyevin bununla bağlı vaxtında dəqiq qərar və tapşırıqlar verməsi nəticəsində respublikamızda bununla bağlı müsbət nəticələr əldə olunub.
Publika.az xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bu gün keçirilən brifinqində deyib: "Daxil olan məlumatları araşdırıb, operativ qərarlar verməsində operativ qərargahın rolu böyükdür. Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında yaradılan operativ qərargah 24 martdan karantin rejimi elan edib. 29 martdan Bakı metrosu səhər 7-dən 9-a və axşam 5-dən 9-a qədər işləyib. Lakin 30 martdan fəaliyyəti dayandırılıb. Bakı metrosunun istismarı zəruri tələblər səviyyəsində tənzimlənməlidir. Qatarların işlək vəziyyətdə olması müntəzəm olaraq təmin edilməli və texniki qulluq şərtlərinə əməl olunmalıdır". O bildirib ki, metropolitendə əks epidemik tədbirlər operativ qərargahln tələblərinə uyğun olaraq aparılır: "Elektron portalda sərnişinlər və işçilər üçün zəruri məlumatlar yerləşdirilib. 24 saat ərzində 9 64 nömrəli qaynar xətt fəaliyyət göstərir. O cümlədən 24 fevraldan metronun bütün qatarları, səthlər, qapılar, şüşələr, keçidlər müntəzəm olaraq dezinfeksiya olunur. Bu işlər gün ərzində bir neçə təkrarlanmaqla daima yerinə yetirilir". O bildirib ki, iş günlərində 800 000, şənbə günlərində 600 000, bazar günlərində 450 min sərnişin istifadə edir: "Gün ərzində metrodan 650 min sərnişin istifadə edir. Mövcud vəziyyətlə bağlı mart ayında sərnişin daşımlar azaldıldı".
-
Elm və təhsil10:4660 il əvvəl çəkilmiş fotoda yadplanetli gəmisi - NASA-dan açıqlama
-
Rəsmi xronika10:06İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNDİ
-
MDB09:46Putinlə görüşdən əvvəl Köçəryanın həbsi - Paşinyanın məqsədi nədir?
-
MDB09:12Leninqrad vilayətinə kütləvi PUA hücumu - Liman yanır
-
Sosial07:55Daha 117 ailə Ağdam şəhərinə yola salındı
-
ABŞ04:30İrana nüvə zərbəsi endirilə bilər? - Trampdan cavab
-
Qoroskop00:45Sentyabrın ilk günündə bürcləri nələr gözləyir?
-
Ekologiya31 Avqust 20:12Bakı və Abşeron yarımadasında dolu yağacaq - Xəbərdarlıq
























.jpg)














