Nəqliyyat
Metroda kondisioner tələb edənlərə RƏSMİ CAVAB
Havaların istiləşməsi ilə bağlı Bakı metropolitenində tədbirlər davam etdirilir.
Publika.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Trend”ə açıqlamasında bildirib ki, artıq metroda yeni qatarlarda kondisioner sistemi qoşulub:
"Həmin qatarlarda mikroiqlim nəzarəti sistemi var. Vaqonlardakı kondisionerlər həmin sistemə qoşulu olur. Havanın tempraturuna uyğun olaraq kondisionerlər avtomatik tənzimlənir. Buna da ayrıca nəzarət sistemi var. Yəni, havanın hərarəti necədirsə, kondisionerlər də o şəraitə uyğun işləyir. Hazırda təzə qatarlarda hərarətə uyğun olaraq kondisionerlər qoşulub".
B.Məmmədov bildirib ki, Bakı metropoliteninin stansiyalarında kondisionerli 11 yeni qatar tərkibi sərnişinlərə xidmət göstərir:
"Rusiyadan alınan daha 4 yeni qatar tərkibi də yola salınıb. Həmin qatarlar yaxın vaxtlarda Bakıya gətiriləcək və sınaqdan keçiriləndən sonra sərnişinlərin ixtiyarına veriləcək".
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO





























_(1).jpg)









