Nəqliyyat
Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq
Qanuna edilən dəyişikliyə görə, dayanma və ya durma qaydalarını pozmağa görə nəzarəti həm də Dövlət Yol Polisi həyata keçiricək.
Dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində öz əksini tapıb. Dəyişikliyə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi nəzarət edəcək.
Bu qurumlardan qayda pozuntusunu ilkin aşkar edən qayda pozan sürücünü məsuliyyətə cəlb edə biləcək.
Qanuna uyğun olaraq evakuasiya xidmətini də hər iki qurum göstərəcək. Belə ki, əgər sürücü dayanma-durma qaydalarının pozubsa, tıxac yaranmasına və digər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə əngəl yaradırsa, onu cərimə edən qurum tərəfindən də evakuasiya olunacaq.
Qeyd edək ki, dəyişiklik yalnız 346.1 və 346.2-ci maddələrə aiddir. Digər hallarda dayanma-durmaya görə məsuliyyətə cəlb etmək səlahiyyəti yenə də olaraq Bakı Nəqliyyat Agentliyinə aiddir. (trend)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)