Nəqliyyat
BNA bu daşıyıcılar barədə hüquq- mühafizə orqanlarına müraciət edəcək
Avqustun 2-də sərt karantin rejimi və sanitar-epidemioloji vəziyyətə uyğun olaraq mümkün yumşaldılmalar zamanı sərnişindaşımaların təşkili ilə bağlı daşıyıcı şirkətlərlə video-konfrans formatında müşavirə keçirilib. Müşavirədə sərnişindaşımaların təşkili, görülən işlər, çatışmazlıqlar və onların həllinə dair məsələlər müzakirə olunub.
Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, əsas diqqət günün pik saatlarında müəyyən istiqamətlər üzrə avtobuslarda müşahidə olunan sərnişin sıxlıqlarına yönəldilib. Vuruğulanıb ki, pandemiya dövründə avtobus sayının düzgün tənzimlənməsinə dair tapşırıqlar verilsə də, bəzi daşıyıcılar fəaliyyətilərində məsuliyyətsizliyə yol verirlər. Daha çox mənfəət əldə etmək üçün bəzi daşıyıcılar məqsədli şəkildə avtobusların sayını azaldıb. Nəticədə daha çox “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və “20 Yanvar” dairəsi istiqamətində ətraf kənd və qəsəbələrdən hərəkət edən avtobuslarda sərnişin sıxlığı müşahidə olunub.
Bu kimi hallar vətəndaşlar arasında narahatlıq yaratmaqla yanaşı, dövlətin sərnişindaşıma sahəsində həyata keçirdiyi tədbirlərə də xələl gətirir. Bunun yolverilməz olduğu qeyd edilərək problemlərin qısa vaxtda həllinə dair daşıyıcılara növbəti dəfə xəbərdarlıq olunub. Sərnişin tələbatı nəzərə alınmaqla hər bir xətt üzrə avtobus sayı müəyyən edilib və təmin edilməsi üçün tapşırıq verilib. Bildirilib ki, xəttə müəyyən olunan saydan az avtobusun çıxaran daşıyıcıya qarşı qanunvericiliyə uyğun ən sərt tədbirin görüləcək. Avtobus sayının qəsdən azaldılması və ya sərnişin sıxlığına səbəb olan digər hallar müəyyən edilərsə bu həmçinin karantin rejimi qaydalarının pozulması kimi qiymətləndiriləcək və araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)






