Nəqliyyat
Bakı-Tbilisi-Qars dəmiryolu ildə 3 milyon sərnişin daşıyacaq
Bakı-Tbilisi-Qars dəmiryolunun sərnişin və yükdaşıma həcmi artırılacaq.
Publika.az TRT Haber-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu məlumat verib.
Onun sözlərinə görə, hazırda illik daşıma həcmi 1 milyon sərnişin və 6,5 milyon ton yük olan dəmiryolu xətti ilə 2024-cü ildə sərnişin daşımalarının həcminin 3 milyon nəfərə, yük daşımalarının həcminin isə 20 milyon tona çatdırılması planlaşdırılır. Beləliklə də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Türkiyənin sərnişin və yük daşımalarındakı payı 5 faizdən 10 faizə qədər artacaq.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti 2017-ci ilin oktyabr ayında istismara verilib. Bu dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı, Gürcüstanın paytaxtı Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərində başa çatır. Layihə Türkiyəni Azərbaycanla (həmçinin Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)