Nəqliyyat
Bakı metrosunun bütün stansiyalarının rəisi dəyişdirildi
“Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarının rəisləri dəyişdirilib.
Publika.az xəbər verir ki, bu barədə QSC-nin sədri Zaur Hüseynov əmr imzalayıb.
Əmrə əsasən 3 stansiyanın rəisləri istisna olmaqla 23 stansiyanın rəisinin yeri dəyişdirilib.
Xatırladaq ki, bundan əvvəl yanvarın 18-də “Bakı Metropoliteni”nin 3 stansiyasına yeni rəis təyin edilib. Belə ki, Z.Hüzeynovun əmrinə əsasən, Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəzifəsindən azad edilərək inşası yekunlaşmaq üzrə olan “8 Noyabr” stansiyasına rəis təyin edilib. "Nizami" stansiyasına rəhbərlik isə Vüsal Zeynalova həvalə olunub. Bundan başqa, metronun "Xalqlar Dostluğu" stansiyasının vəfat etmiş rəisi İlqar Əliyevin yerinə Arif Həsənli gətirilib.
Sonuncu dəfə 2019-cu ilin sentyabrında Bakı metrosunun rəisləri kütləvi şəkildə yerdəyişmə etmişdi.
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO







































