Nəqliyyat
DYP hərəkətə keçdi - Bu ərazilər avtomobillərdən təmizlənir
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları Bakıda marşrut avtobusları üçün nəzərdə tutulmuş dayanacaqlarda taksilərin dayanmasına qarşı reyd keçirib.
Publika.az xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması hallarının və tıxacların qarşısının alınması üçün keçirilən reyd bu dəfə paytaxtın Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində baş tutub.
Reyddə əsas məqsəd isə taksi sürücüləri ilə maarifləndirici söhbətlər aparmaq, onları qaydalardan xəbərdar etmək olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, bu cür tədbirlər mütəmadi olaraq davam etdirilir: "Təbii ki, əsas məqsəd heç də cərimə yazmaq deyil. Burada yol polisi əməkdaşları sürücüləri qanuna tabe olmağa dəvət edir. Amma bəzi hallarda inzibati cərimə tədbirləri də effektiv nəticələr verir. Çalışırıq ki, cərimədən çox bu istiqamətdə maarifləndirmə işləri aparaq”.
Polis polkovniki taksi sürücülərinə müraciət edərək bildirib ki, bu cür qayda pozuntusu inzibati məsuliyyət yaradır: “Avtobus dayanacağında park etməyə görə cərimə məbləği 40 manatdır. Bir taksi sürücüsünün gündəlik qazancı ən yaxşı halda 40 manat ola bilər. Onu da qayda pozmaqla cərimə ödəsə, bəs evə nə aparacaq? Odur ki, sürücüləri qanunlara riayət etməyə dəvət edirik. Bu həm də digər vətəndaşların təhlükəsizliyi üçün əhəmiyyətlidir. Çünki dayanacağın tutulması sərnişinlərin məcburən yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə həyati təhlükə yaradır”.
Qeyd edək ki, paytaxt ərazisində bu cür reydlər davamlı olaraq keçiriləcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)