Nəqliyyat
İcra Hakimiyyətinə məxsus avtomobil aşdı - FOTO
Bakı-Sumqayıt avtomobil yolunda yol qəzası baş verib.
Publika.az xəbər verir ki, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postda (Saray postu - Red) qeydə alınıb.
Belə ki, Sumqayıt istiqamətində hərəkətdə olan “MAZ” markalı yük avtomobili ötmə əməliyyatı zamanı Abşeron Rayon İcra Hakimiyyətinə məxsus məişət tullantıları daşıyan yük maşınını yoldan çıxarıb.
Nəticədə məişət tullantıları daşıyan yük maşını beton arakəsməyə çırpılaraq aşıb.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.
Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. / "Report"
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)