Nəqliyyat
Yol Polisi sürücülərə müraciət etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib.
Publika.az xəbər verir ki, İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla “Azneft” dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulub.
Onun sözlərinə görə, qeyd edilən küçələr istiqamətində yarış ərəfəsində tərəfimizdən həyata keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi vacib şərtdir:
"Kövkəb Səfərəliyeva, Rixard Zorge, Aleksandr Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Mirzə Fətəli Axundov adına park və onun ətrafı olan küçələr, Bünyad Sərdarov, Azərbaycan prospekti, Mikayıl Hüseynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri - 31 may tarixindən iyunun 8-dək bu istiqamətlər üzrə hərəkətdə olan avtomobil sürücülərinə müraciət edirik ki, istiqamətin dəyişdirilməsini nəzərə alsınlar. Ən yaxşı halda isə bu ərəfədə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər".
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

