Nəqliyyat
Bakıda bu marşrut xətti üzrə müasir avtobuslar işləyəcək
Dövlət başçısının tapşırığına əsasən vətəndaşlara daha keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə marşrut xətlərinin yenilənməsi davam etdirilir.
Publika.az-a bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, bu çərçivədə 6 iyul 2021-ci il tarixdən 211 nömrəli müntəzəm marşrut xətti (Aşıq Molla Cümə küçəsi -“Sədərək” ticarət mərkəzi) üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus 12 metrlik müasir, sərnişindaşıma tələblərinə cavab verən avtobuslarla icra ediləcək.
Sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, 211 nömrəli xətt üzrə avtobuslar qeyd olunan tarixdən Aşıq Molla Cümə küçəsindən başlayaraq hərəkət edəcək.
Son dayanacaq məntəqəsilə bağlı dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilib. Dəyişiklik sayəsində 211 nömrəli marşrut xəttindən gündəlik istifadə edən orta hesabla 12 min nəfərdən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq.
Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Xətt üzrə tarif 0,35 manat müəyyən olunub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)