Nəqliyyat
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
8 noyabr Zəfər günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar bu gün saat 07:00-dan tədbir başa çatana qədər “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdiriləcəyindən aşağıda göstərilən marşrutların hərəkət istiqamətləri məhdudiyyətlərə uyğun olaraq təşkil ediləcək.
Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
1 nömrəli marşrut: Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi - Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
2 nömrəli marşrut: Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti – Heydər Əliyev prospektindən geriyə dönməklə (Tunelin üstü) – Ağa Nemətulla küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
4 və 88 nömrəli marşrutlar : Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
5 nömrəli marşrut : Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
6,10,18, 31,53 və 77 nömrəli marşrutlar: Şeyx Şamil küçəsi - Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
21,32,46 və 175 nömrəli marşrutlar: Son dayanacaq məntəqəsi Xətai m/st olmaqla Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Babək prospekti – Xəqani Rüstəmov küçəsi – 8 Noyabr prospekti (Geriyə dönmə) daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
30 və 49 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Xətai m/st olmaqla Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Babək prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
37 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Nəriman Nərimanov pr. (N.Nərimanov heykəli) olmaqla təşkil ediləcək.
61 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Puşkin küçəsi olmaqla 28 May küçəsi – Rəşid Behbudov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
65 nömrəli marşrut: Son dayanacaq məntəqəsi M.F.Axundov bağı olmaqla Lermontov küçəsi - Bünyad Sərdarov küçəsi – Nəriman Nərimanov prospekti – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
120 və 149 nömrəli marşrut: Yeni Salyan yolu – Su İdman Sarayı (dairə) - Bibiheybət yolu daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
125 və 127 nömrəli marşrutlar: 28 May m/st istiqamətində avtobusların hərəkəti Bakı Dairəvi Avtomobil yolu – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi - Şəmsi Bədəlbəyli – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Azadlıq prospekti – 28 May m/st, əks istiqamətdə isə Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Nəriman Nərimanov prospekti - Mikayıl Müşfiq küçəsi - Bakı Dairəvi Avtomobil yolu daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
205 nömrəli marşrut, M3 və H1 nömrəli marşrut: Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































