Nəqliyyat
Bakının bəzi küçələri bağlandı
"Noyabrın 27-i saat 8:00-dan noyabrın 28-i saat 18:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq".
Bunu Publika.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb: "Ona görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı ASAN Xidmətin qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib.
Həmçinin Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və Memar Əcəmi metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkət tam məhdudlaşdırılıb. Burada sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əksinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər.
Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlıyıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirir. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər adı çəkilən küçə və prospektlərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əvvəlcədən hərəkət istiqamətlərini düzgün qiymətlnədirib, hərəkətlərinə davam etsinlər".
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)