Nəqliyyat
Bakı Limanı Qazaxıstan şirkəti ilə memorandum imzaladı
Bu gün Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı naziri Uskenbayev Kairbek Aitpaeviç, Qazaxıstan Respublikasının Energetika naziri Akçulakov Bolat Uraloviç və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkətinin İdarə Heyətinin sədri Sauranbayev Nurlan Ermekoviç Bakı Limanıda işgüzar görüşdə olubar. Görüş zamanı qonaqlar Bakı Limanın rəhbərliyi ilə görüşüb, Bakı Limanı ilə Qazaxstan limanları arasında mövcud olan əməkdaşlıq sahələrini, xüsusi ilə logistika sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi və mümkün birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Limandan Publika.az-a bildirilib ki, görüş zamanı, həmçinin, Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb. Bu memoranduma əsasən Asiya-Avropa transkontinental marşrutlar üzrə multimodal daşımaların daha da artırılması, nəqliyyat və logistika sahəsində innovativ həllərin tətbiq edilməsi ilə sürətli yükdaşımalarının artırılmasında qarşılıqlı işgüzar əməkdaşlığın inkişafı məsələləri barəsində bir sıra razılıqlar əldə olunub.
Qeyd olunmalıdır ki, hər iki ölkənin limanları arasında yük dövriyyəsi artmaqda davam edir. Belə ki, cari ilin 7 ayı ərzində Bakı Limanı vasitəsi ilə Qazaxıstan üzərindən yükdaşımaların həcmi 1 milyon tondan çox olub ki, bu da 2021-ci ilin analoji 7 aylıq dövrünün göstəricisindən 219,1 faiz çoxdur.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)