Nəqliyyat
Sərnişinləri yolda qoyan sürücü işdən kənarlaşdırıldı – Şirkətdən AÇIQLAMA
“Bu gün saat 08:20 radələrində Xırdalandan Bakı istiqamətinə sərnişindaşıma xidməti göstərən 119 saylı müntəzəm marşrut xəttində baş vermiş hadisə ilə bağlı araşdırma aparılır”.
Bunu Publika.az-a açıqlayan marşrut xəttinin sahibi "Xaliq Faiqoğlu" MMC-nin mətbuat katibi Nizam Rzayev bildirdi ki, sürücü Gülhüseynov Rövşən Şıxmirhüseyin oğlu işdən müvəqqəti kənarlaşdırılıb və onun izahatı alınıb.
Onun sözlərinə görə, həmçinin hadisədən əvvəl avtobusda baş verənləri aydınlaşdırmaq məqsədilə videogörüntülərə baxılıb:
“Görüntülərdən məlum olur ki, sərnişin sıxlığının yüksək olduğu vaxt xanım sərnişinlərdən biri sürücüdən avtobusun dayanacaqdan kənar saxlamasını tələb edib. Sürücü bunun mümkün olmadığını bildirəndə bəzi sərnişinlər tərəfindən kobud rəftara məruz qalıb. Həmin an sürücü psixoloji gərginlik səbəbindən hərəkəti davam etdirməyin təhlükəli olduğunu bildirərək nəqliyyat vasitəsini saxlayıb və ona tibbi yardım göstərilib. Təxminən 10 dəqiqə sonra sürücü sərnişinləri sonuncu məntəqəyədək gətirib”.
Mətbuat katibi sonda bildirdi ki, hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.
Rövşən Ziya
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)