Nəqliyyat
Metrodakı sıxlıqla bağlı RƏSMİ AÇIQLAMA: "Sərnişinlərin sayına uyğun olaraq..."
"Hər zaman olduğu kimi, bu axşam saatlarında da “Bakı Metropoliteni”nin bəzi stansiyalarında sıxlıq müşahidə olundu ki, bu da postpandemiya dövrü üçün normal haldır".
Bunu Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O qeyd edib ki, iş saatının başa çatması ilə ən çox sərnişin qəbul edən stansiyalardan biri kimi, “Elmlər Akademiyası”nda da sıxlıq vaxtı başlanır:
"Bu axşam da bu metrostansiyada da sıxlıq müşahidə olundu. Amma mətbuatda yazılan kimi qapıların heç biri bağlanmadı. Ümumiyyətlə, bu stansiyada sıxlıq çox olarsa, sərnişinlərin sayına uyğun olaraq, 2 və 3 qapı açıq saxlanılır”.
Onun sözlərinə görə, metro stansiyalarının ən sıx vaxtı saat 17:00 radələrində başlayır və bir neçə saat davam edir:
“Həmin andan etibarən həm qatarlara, həm stansiyalara nəzarət, həm də monitorinqlər həyata keçirilir. Bundan başqa, girişdən vestibülə qədər nizamlanma-tənzimlənmə tədbirləri də öz qüvvəsində qalır. Sərnişinlərin təhlükəsiz şəkildə daşınmasının təmin olunması üçün bütün qüvvələr səfərbər olunur”.
Mətbuat katibi onu da vurğulayıb ki, sentyabrın 15-də tədris ilinin başlanması ilə əlaqədar iş günlərində sərnişindaşıma 700 minlik həddi keçib:
"Yay aylarında bu dövrlə bağlı proqnozları verərkən bildiririk ki, əgər pandemiya ilə bağlı məhdudiyyətlər olmasa, metropoliten 2019-cu ildəki dövrdəki rekorda yaxınlaşacaq. Hazırda vəziyyət nəzarətimizdədir”.
"Mövcud vəziyyətə uyğun olaraq, qiymətləndirmə aparılır və tənzimləmə mexanizmləri tətbiq olunur. Metropoliten işçiləri bu iş üçün səfərbər olunur, eskalatorun yuxarısında, vestibüldə, platformalarda nəzarət həyata keçirilir. Bu, metropolitenin daxili qaydalarıdır. Sıxlıq yaranarsa, fövqəladə vəziyyət zamanı və xüsusi hallar zamanı belə tənzimləmələr həyata keçirilir", - Bəxtiyar Məmmədov bildirib.
Rövşən Ziya
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


