Nəqliyyat
Azərbaycan avtomobilləri üçün yeni bazar: Anbarlarda qalanlar necə olacaq?
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 min 623 ədəd minik avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 1 513 ədəd və ya 71,7 faiz artıb. 2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 2 min 110 ədəd təşkil edib.
2024-cü ilin 1 oktyabr tarixinə anbarlarda qalan minik avtomobillərinin sayı 93 ədəd və ya 18,7 faiz artaraq 590-a çatıb. 2023-cü ilin 1 oktyabr tarixində bu göstərici 497 ədəd olub.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən avtomobil ustası Elgiz Mehdiyev bildirib ki, Azərbaycanda yerli avtomobil deyə bir şey yoxdur:
“Özümüzün avtomobilimiz yoxdur. Sadəcə olaraq xarici ölkələrdən avtomobil detalları tək-tək gəlir. Biz də həmin detalları burada yığırıq. Əsas problemimiz maşınları komplektləşdirməkdir. Zavoda gətirilən avtomobil detallarında açar izləri var. Buna baxmayaraq, zavodda başqa alətlərdən istifadə olunur. Digər məsələ isə Azərbaycanda istehsal olunan bir maşın markasının kondisionerinin qazı Bakıya çatana qədər buraxmışdı. Bunun səbəbləri müxtəlif ola bilər: məhsul orijinal deyil və ya iş keyfiyyətli görülməyib.

Bir sözlə, istehsal olunan maşınlar arasında həm çəki, həm də keyfiyyət baxımından fərq olur. Təxminən bu günləri Azərbaycanda istehsal olunan eyni maşın markası ilə Amerikadan gətirilən maşının qiyməti eynidir. Əvvəllər qiymətdə fərq var idi. İndi eyni olmasının səbəbi gömrük haqqının qalxmasıdır. Alıcı keyfiyyətli mal almaq istəyir. Fərq isə göz qabağındadır”.
İqtisadçı ekspert Fuad İbrahimov isə qeyd edib ki, bazarda avtomobil parkının strukturunda dəyişikliklər gedir:
“Bazarda elektromobillər sürətlə artır. Qiymət baxımından nəzərə almaq lazımdır ki, Azərbaycanda istehsal olunan avtomobillər rəqabətə dözməlidir. Eyni zamanda bizdə ixrac potensialı var. Yaxın Şərq ölkələri, əsasən də İraq və Əfqanıstanda istehsal etdiyimiz avtomobillərin bazarını aça bilərik.

Təbii ki, burada qiymət prosesinə diqqət etməliyik. Daxili tələbatla bağlı fikir söyləmək hələlik tezdir. Nəzərə almaq lazım ki, istehsalda kifayət qədər artım var. Bu, yaxşı haldır. Rəqəmlərə əsasən burada bir pozitiv göstərici ondan ibarətdir ki, istehsal artıb. Anbarlarda qalan avtomobillər də nəzərə alınmalıdır”.
Aysel Şahmar
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
































.jpg)


