Sosial
Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynovla bağlı bəzi detallar məlum olub.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, uzun müddət müxtəlif cinayətlərlə əlaqəli axtarışda olan Ə.Hüseynov bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.
O, aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirilib. Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.
Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub və şəxsin həmin bağ evində gizləndiyi bildirilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Sosial10:00Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
-
Nida Təhlil 09:36DMX Rusiya vətəndaşlarına çağırış etdi
-
MDB09:24Sankt-Peterburq səhəri dron həyəcanı ilə açdı - Partlayışlar var
-
Dəb07:47Qışın ən dəbli saç rəngi açıqlandı
-
Səhiyyə07:30Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
-
Magazin206:16Hadise makiyajsız kameralar qarşısında: Üzündəki göyərmə diqqət çəkdi - FOTO
-
Magazin204:44“Vogue” jurnalı ilin ən dəbli cütlüyünü seçdi
-
Sosial01:41Kənd yumurtası kəskin bahalaşdı - VİDEO









_(1).jpg)













.png)











