Nəqliyyat
Metroda qadınlar üçün ayrıca vaqon təklifi: "Tokioda var, bizdə də olmalıdır"
Almaniyanın keçmiş hakim partiyası olan Berlin Yaşıllar Partiyası yeraltı vaqonların müəyyən saatlarda qadınlar üçün ayrılmasını təklif edib.
Publika.az xəbər verir ki, Türkiyədə zaman-zaman “çəhrayı metro”, “çəhrayı vaqon” kimi adlarla gündəmə gələn, lakin bəzi seqmentlərin “dünyəvilik” arqumenti ilə etiraz etdiyi qadınlar üçün ictimai nəqliyyat xidmətləri dünyada populyarlıq qazanır.
Yaponiyada uğurla tətbiq edilən sistemin Almaniyada da tətbiqi gündəmdədir.
Günün gərgin saatlarında bəzi vaqonların yalnız metroda qadınların istifadəsi üçün rezerv edilməsi təklifi Almaniya parlamentinə çıxarılıb.
Almaniyalı deputat Antje Kapek bunun qadınların güvənliyi üçün yaxşı olacağını deyib:
"Tokioda çox yaxşı bir fikir var: axşamlar xüsusi qadın kupeləri yaradırlar. Burada pik saatlarda və izdihamlı şəraitdə belə onlara toxunmadan və ya hücum etmədən metroda səyahət etmələrinə imkan verən təhlükəsiz yer var".
Aysel
-
Nəqliyyat18:50Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşıma bərpa olunur? - Rəsmi/Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
































.jpg)


