Nəqliyyat
Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edildi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq “Bakı-Siyəzən” şəhərlərarası, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib.
AYNA-dan Publika.az-a bildirilib ki, “Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Qurbanov Ariz Məmmədhüseyn oğlu, 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “Bus Service” MMC, 216 nömrəli şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “General Auto Company” komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü











.jpg)



.jpg)





















