Nəqliyyat
ADY sədrinin müşaviri Münhendə Orta Dəhliz üzrə görülən işlərdən danışdı
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Almaniyanın Münhen şəhərində keçirilən “Transport Logistic 2025” sərgisi çərçivəsində “İntermodal daşımaların yenidən dəyərləndirilməsi: Trans-Xəzər marşrutu üzrə maneəsiz hərəkət və özəl sektorun rolu” mövzusunda panel müzakirələrində iştirak edib.
Publika.az xəbər verir ki, Emil Məmmədov ADY-nin Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə gördüyü işlərdən və gələcək planlardan danışıb.
Qeyd olunub ki, ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhlizlə konteyner daşımalarının həcmi və payı ildən-ilə artır. ADY 2025-ci ilin 4 ayında ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən konteyner daşımalarını 56 faiz artırıb.
Özbəkistan və Qazaxıstan dəmiryol administrasiyalarının, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin və Almaniyanın “Rhenus Group” şirkətinin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi paneldə Orta Dəhliz boyunca darboğazların aradan qaldırılması, multimodal inteqrasiyanın gücləndirilməsi və daşımaların həcminin artırılması ilə bağlı mövcud baxışlar dəyərləndirilib.
Paneldə xüsusi diqqət dövlət və özəl əməkdaşlığına və transsərhəd ticarət axınında praktik təkmilləşdirmələrə yönəldilib.
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı









.jpg)




























