İlham Əliyev Monteneqro prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Monteneqro prezidentini təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Monteneqro əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və rifah diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm