Rusiyalı biznesmen Qarabağ qızılına göz dikdi!
Bizi izləyin

Nida.az

Rusiyalı biznesmen Qarabağ qızılına göz dikdi!

Azərbaycan qanunlarını pozaraq, icazə olmadan Qarabağa köçən rusiyalı biznesmen German Sterliqov bu gün Şuşada mətbuat konfransı keçirib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, biznesmen mətbuat konfransında “Dağlıq Qarabağ Respublikası”nın (“DXR”) inkişaf planını təqdim edib.

O, xüsusi olaraq “DQR”də qızıl və gümüş dramları dövriyyəyə daxil etməyi, həmçinin buranı dünyanın ilk “ekoloji offşor” bölgəsi elan etməyi təklif edib: “Qarabağda bu layihənin reallaşdırılması üçün üç zəruri şərt var. Birincisi, qızılın mövcudluğudur. İkincisi “DQR” tanınmamış respublikadır, ona görə də ABŞ Federal Ehtiyatlar Sistemi və beynəlxalq bankirlərin hər hansı qaydalarına tabe deyil. Digər tərəfdən, erməni diasporu qızıl və gümüş dramından daxili hesablaşmalar üçün istifadə edə biləcəklər”.

Rusiyalı sahibkarın fikrincə, “DQR”in rəhbərləri üç fərman verə bilərdilər. Onun sözlərinə görə, Qarabağda plastik paketlər və butulkaların satışı qadağan edilməli, kimyəvi yuyucu maddələrdən təbii yuyucu maddələrlə əvəz olunmalı və kimyəvi maddələrdən istifadə qadağan olunmalıdır. O, “ekoloji offşor” zonasının necə işləyəcəyini dəqiqləşdirməyib. Sterlinqov həmçinin Rusiyaya ərzaq məhsullarının ixracının artırılmasını təklif edib. “Rusiya-Qarabağ ticarət evi yaratmaq və yalnız ekoloji təmiz məhsullar göndərmək lazımdır”- rusiyalı biznesmen vurğulayıb.

Qeyd edək ki, biznesmenin Dağlıq Qarabağa köçməsi haqqında informasiya 6 iyulda yayılıb. Biznesmenin sözlərinə görə, onun ailəsinin ünvanına olan təhlükə Qarabağa köçməsinin səbəbidir. KİV-in məlumatına görə, Sterlinqov Rusiya ərazisini tərk etməzdən əvvəl, fermer təsərrüfatındakı heyvanları və şəxsi avtoparkı satışa çıxarıb.

Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini deyən biznesmen qeyd edib ki, hər şey “Adəmdən Putinə qədər” tarix kitabının nəşrindən sonra dəyişib. O, bu kitabının nəşrindən sonra hakimiyyətdəki dostlarının ona münasibətinin dəyişdiyini, ondan üz döndərdiklərini deyib. Sterlinqov nəhayət etiraf edib ki, Rusiyadan qaçmasına səbəb onun barəsində aparılan cinayət təqibləridir. “Əvvəlcə mənim ünvanıma təhdidlər başladı, uşağımı oğurlamağa cəhd etdilər. Ancaq bunlar xırda hücumlar idi” – biznesmen bildirib.

Rusiyaya qayıdacağını açıqlayan Sterlinqov təyyarə biletini jurnalistlərə göstərib. O, ədalətdən gizlənmədiyini, Rusiyaya qayıdandan sonra həbs olunmasa, Qarabağa qayıdaraq moda evi və müalicə məntəqəsi açacağını, kənd təsərrüfatı ilə məşğul olacağını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm