Millət vəkilindən futbolumuzla bağlı şok təklif: komandaların adları dəyişdirilsin
Bizi izləyin

Nida.az

Millət vəkilindən futbolumuzla bağlı şok təklif: komandaların adları dəyişdirilsin

Milli Məclisin üzvü Fazil Mustafa Azərbaycan futbolu ilə bağlı maraqlı təklif irəli sürüb.

Publika.az xəbər verir ki, F. Mustafa “facebook” səhifəsində yazır ki, qələbə qazanmaq üçün bütün komandalarımızın adlarının başlığına “Q” hərfi qoymaq lazımdır:

“Bu gün “Qarabağ” və “Qəbələ”, sabah da Qazax, Quba belə bir uğuru nədən qazanmasın? Xoş bir təsadüf oldu ki, Bakının deyil, məhz bölgələrin komandaları belə bir uğur qazandılar. Həm “Qarabağ”a, həm də “Qəbələ”yə həqiqətən alqışlar düşür. İndi AFFA-ya təklif edirəm ki, onların oyunlarını məhz bölgələrdə keçirməyi düşünsün. Məncə Lənkəran stadionu standartlara uyğundur. Elə Qəbələninki də normaldır. Regionlarda idmanın canlanmasının böyük əhəmiyyəti var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm