Nida.az
“Ukrayna problemi həll olunana qədər müxalifət sakit olmalıdır” - Çağırış
“Ukraynanın taleyi həll olunana qədər Azərbaycan müxalifəti sakit
durmalıdır, ölkədə hansısa aktivlik yolverilməzdir”.
Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.Az -a açıqlamasında müxalifətin son dövrlər passivliyinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, aktivlik milli maraqlara xidmət edən zaman
olmalıdır: “Yoxsa milli maraqlara xeyir də olsa, ziyan da olsa
fəallıq göstərmək doğru deyil. Dünyanın diqqəti Ukraynadadır. Buna
paralel olaraq Azərbaycanda baş verə biləcək hadisələrə dünya
ictimaiyyəti adekvat reaksiya verməyəcək. O baxımdan, Azərbaycanın
sakitliyə ehtiyacı var. Çünki Rusiya Ukraynadakı siyasətinə
legitimlik qazandırmaq üçün kənar ölkələrdə provokasiyalar
planlaşdırır. Bu nəzəri cəhətdən belə də olmalıdır. Misal üçün,
Azərbaycanda vətəndaşların hüquqları ilə bağlı hansısa mitinq
keçirilə bilər, amma Rusiya o mitinqdə elə provokasiya edər ki,
dünya ictimaiyyəti onun Ukraynada etdiklərinə haqq qazandırmalı
olar”.
S. Cəlaloğlu qeyd edib ki, bu gün Ukraynada Azərbaycan da daxil
olmaqla, keçmiş SSRİ ölkələrinin taleyi həll olunur. Onun fikrincə,
Ukraynanın Rusiya təsirindən çıxması postsovet məkanındakı
geosiyasəti dəyişəcək: “Ona görə də Azərbaycandakı siyasi
partiyaların hamısı Ukraynaya dəstək ifadə edirlər. Demək olmaz ki,
müxalifət passivdir. Sadəcə olaraq, müxalifətin uzun müddət yanlış
olaraq apardığı siyasət nəticəsində belə fikir formalaşıb ki,
siyasi aktivlik yalnız küçələrə çıxmaq, mitinq etmək, döyülmək,
söyülmək, həbs olunmaqdır. Halbuki fəallıq bu deyil. Biz ölkədə və
dünyada gedən siyasi proseslərə qiymət verir, hakimiyyət üzərində
ictimai nəzarəti yerinə yetirir, xalqı maarifləndirirk. Təbii ki,
bacardığımız qədər. Çünki bizim üzümüzə telekanallar bağlanıb,
yalnız qəzet və saytlar vasitəsilə, şəxsi ünsiyyətlə fikirlərimizi
çatdırırıq. O başqa məsələ ki, dünya dağılır, müxalifət səsini
çıxartmır. Amma ümumilikdə piket, mitinq aktivlik göstəricisi hesab
oluna bilməz. Gərək kimlərsə küçərələrə çıxa, provokasiyalar
ola?!”.
Partiya sədri qeyd edib ki, siyasi partiyaların nizamnamələri
işləyir, rəhbər orqanları toplaşırsa, deməli fəaliyyət də var.
Asif
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi