Balkan ölkəsi Rusiyaya qarşı: “TAP bizim üçün xüsusi əhəmiyyət daşıyır”
Bizi izləyin

Nida.az

Balkan ölkəsi Rusiyaya qarşı: “TAP bizim üçün xüsusi əhəmiyyət daşıyır”

Albaniya Transadriatik Qaz Kəməri (TAP) layihəsinə xüsusi diqqət ayırır.


Publika.az “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Albaniya Baş naziri Edi Raman deyib.


Onun sözlərinə görə, TAP Albaniya üçün əhəmiyyətli enerji layihəsidir.


Qeyd edək ki, bu layihə ilə Azərbaycan qazı Avropa Birliyi ölkələrinə ixrac olunacaq. Təxminən 870 kilometr uzunluqda olacaq kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək. TAP kəməri Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin illik ötürmə gücü ilkin olaraq 10 milyard kubmetr hesablanır. Lakin daha sonra bu 20 milyard kubmetrə qədər artırılacaq.


Onu da qeyd edək ki, bu layihəyə alternativ olan “Türk axını” layihəsinin də təxminən bu marşrutla hərəkət edəcəyi ehtimal olunur. Lakin bir çox Balkan ölkəsi kimi Albaniya da TAP-a üstünlük verdiklərini bəyan edirlər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm